Rusiya Xarici İşlər Nazirliyi ölkədə fəaliyyət göstərən Almaniyanın “Goethe-Institut” mədəniyyət mərkəzlərinin fəaliyyətinin dayandırılmasına qərar verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Qərara əsasən, Rusiyadakı “Goethe-Institut” mərkəzləri fəaliyyətini dayandırmalı, Almaniyadan ezam olunmuş əməkdaşlar isə sentyabrın 13-dək ölkəni tərk etməlidirlər.
Moskvanın bu addımı Almaniyanın Rusiyanın Bonn şəhərindəki Baş Konsulluğunun və Berlindəki Rusiya mədəniyyət mərkəzinin bağlanması ilə bağlı qərarından sonra atılıb. Bu, iki ölkə arasında son dövrlərdə artan diplomatik gərginliyin növbəti mərhələsi kimi qiymətləndirilir.
Rauf
























