image-img_8324backend

Qətər investorları Volkswagen-in İsraillə Iron Dome razılaşmasına mane olur        

Almaniyanın Volkswagen şirkətinin İsrailin “Rafael Advanced Defense Systems” şirkəti ilə Osnabrük zavodunda “Iron Dome” hava hücumundan müdafiə sisteminin komponentlərinin istehsalına dair təklif olunan əməkdaşlığı Qətər investorlarının etirazı ilə üzləşib. Bu barədə BILDqəzeti məlumat yayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Qətərin dövlət investisiya fondu Volkswagen-də 10,4 faizlik səhmə və 17 faizlik səsvermə hüququna malikdir ki, bu da ona şirkətin strateji qərarlarına təsir göstərmək imkanı verir.

Məhz bu təsir imkanlarından istifadə edilərək İsrail tərəfi ilə planlaşdırılan əməkdaşlığa qarşı çıxılır. Hələlik nə Volkswagen, nə də Qətər tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki