Qahirədə “Forsaj”ı xatırladan oğurluq: hərəkətdə olan yük maşınından 105 kq toyuq oğurlandıbackend

Qahirədə “Forsaj”ı xatırladan oğurluq: hərəkətdə olan yük maşınından 105 kq toyuq oğurlandı

Misirin paytaxtı Qahirədə oğrular yüksək sürətlə hərəkət edən yük maşınından 105 kiloqram toyuq oğurlayıblar.

İNFOAZ.MEDİA xəbər verir ki, hadisənin görüntülərində oğrulardan birinin hərəkətdə olan yük maşınının arxasına yaxınlaşaraq yük bölməsinin qapısını açdığı və toyuqları yoldakı digər avtomobilə ötürdüyü görünür.

Qeyri-adi oğurluq sosial şəbəkələrdə yayılaraq “Forsaj” filmlərindəki səhnələrə bənzədilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Rauf

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki