Əfqanıstanda qəbul edilən yeni qaydalar cəmiyyətdə ciddi narazılıq doğurub.
İNFOAZ.MEDİA xəbər verir ki, sənədə əsasən kişilərə, xəsarətlər ağır hesab olunmadığı hallarda, həyat yoldaşlarına qarşı “intizam tədbiri” kimi fiziki təsir göstərməyə icazə verilir.
Bildirilir ki, qadınların bu cür hallarda valideynlərinə və ya yaxınlarına müraciət etməsi də məhdudlaşdırılıb. Əgər zorakılıq nəticəsində qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilərsə, ər 15 günədək həbs cəzası ala bilər.
Məsələ ilə bağlı beynəlxalq ictimaiyyətin reaksiyası gözlənilir.
Jalə
























