Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə görüşündə iki ölkə arasında humanitar və mədəni əlaqələrin inkişaf etdiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Putin qeyd edib ki, Hindistan Rusiyada təhsil alan tələbələrin sayına görə lider ölkələr sırasındadır. Onun sözlərinə görə, son illərdə bu göstərici 7 dəfə artaraq təxminən 40 min nəfərə çatıb.
Rusiya lideri həmçinin iki ölkədə mütəmadi olaraq mədəniyyət festivallarının keçirildiyini bildirib. Rusiyada Hindistan, Hindistanda isə Rusiya festivalları təşkil olunur.
Putin əlavə edib ki, qarşılıqlı turist səfərləri də fəal şəkildə inkişaf edir.
Jalə
























