putinbackend

Putin: ABŞ-ın təklif etdiyi kompromislərlə razılaşmağa hazır idik

Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin dayandırılması ilə bağlı aparılmış müzakirələrə münasibət bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Putinin sözlərinə görə, “Ankoric ruhu” adlandırılan yanaşma heç vaxt rəsmi sənədlərdə təsbit olunmayıb və tərəflər arasında heç bir sənəd imzalanmayıb.

O qeyd edib ki, buna baxmayaraq, Ukraynadakı münaqişənin başa çatdırılması və mümkün kompromislərlə bağlı müəyyən variantlar müzakirə olunub.

Putin bildirib ki, sözügedən kompromislər məhz Amerika tərəfinin təqdim etdiyi təkliflər idi və Rusiya tərəfinə ABŞ nümayəndələri tərəfindən formalaşdırılmış güzəştlərə getmək təklif olunub.

Onun sözlərinə görə, Rusiya həmin güzəştləri qəbul etməyə razılıq verib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki