Portuqaliya hökuməti ölkədə müşahidə olunan ekstremal isti hava və meşə yanğınları riskinin artması səbəbindən cümə günündən etibarən həyəcan vəziyyəti elan edib.
İNFOAZ.MEDİA xəbər verir ki, qərara əsasən, həyəcan vəziyyəti qüvvədə olduğu müddətdə bəzi meşə ərazilərinə giriş məhdudlaşdırılacaq, nəzarətli yanğınların və kənd təsərrüfatı tullantılarının yandırılması qadağan ediləcək.
Bundan əlavə, yanğınsöndürmə işləri üçün zəruri hallar istisna olmaqla, meşə ərazilərində müxtəlif texnika və avadanlıqlardan istifadə də qadağan olunacaq.
Qurumlar vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə və meşə yanğınlarına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıblar.
Rauf
























