İran xalqının bütün qanuni hüquqları rəsmi şəkildə tanınmalıdır.
İNFOAZ.MEDİA xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim əs-Sani ilə görüşündə bildirib.
Pezeşkian qeyd edib ki, İran İslam Respublikası öz qanuni hüquqlarından artıq heç nə tələb etmir və təzyiqlər qarşısında geri addım atmayacaq.
İran Prezidenti, həmçinin Tehran və Doha arasında əməkdaşlığın yenidən bərpa edilməsinin mümkünlüyünü vurğulayıb.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























