Peruda hərbi helikopter qəzaya uğradı: 15 nəfər həlak oldubackend

Peruda hərbi helikopter qəzaya uğradı: 15 nəfər həlak oldu

Perunun Arekipa bölgəsində hərbi vertolyotun qəzaya uğraması nəticəsində azı 15 nəfər həlak olub. Bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, qəzaya uğrayan Mi-17 tipli vertolyotla bazar günü günortadan sonra radio əlaqəsi kəsilib. Başlanan axtarış-xilasetmə əməliyyatı nəticəsində bazar ertəsi 15 nəfərin meyiti tapılıb.

Məlumata görə, ölənlər arasında 4 ekipaj üzvü və 11 sərnişin var. Hərbi Hava Qüvvələri onların hamısının həlak olduğunu təsdiqləyib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki