obamabackend

Obama: İranla bağlı yenidən əvvəlki nöqtəyə qayıtmış kimi görünürük

ABŞ-ın sabiq prezidenti Barak Obama İranın nüvə proqramı və regiondakı vəziyyətlə bağlı fikirlərini bölüşüb.

İNFOAZ.MEDİA xəbər verir ki, Obama bildirib ki, əvvəllər İranın nüvə silahı hazırlamamasını nəzərdə tutan razılaşma mövcud idi və həmin mexanizmin beynəlxalq ictimaiyyət, o cümlədən İsrail və ABŞ kəşfiyyat qurumları tərəfindən işlək hesab edildiyini deyib.

Sabiq prezidentin sözlərinə görə, ABŞ-ın həmin razılaşmadan çıxması sonradan İranın nüvə potensialının genişlənməsinə gətirib çıxarıb.

Obama əlavə edib ki, sonrakı proseslər böyük maliyyə xərcləri, hərbi yük və insan itkiləri ilə nəticələnib. Onun fikrincə, hazırkı vəziyyət müəyyən mənada əvvəlki mərhələyə qayıdış təəssüratı yaradır, lakin bəzi aspektlərdə vəziyyət daha mürəkkəb görünür.

O həmçinin qeyd edib ki, əldə olunan atəşkəs çərçivəsində nüvə məsələsinin həlli üzrə yeni planın hazırlanması üçün müəyyən müddət nəzərdə tutulduğu bildirilir, lakin həmin planın detalları hələ məlum deyil.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki