image-netanyahu-serhedbackend

Netanyahu: “İran rejimini məğlub etmək əsas vəzifədir, buna çox yaxınıq”

İsrailin Baş naziri Benyamin Netanyahu Rosh Hashanah bayramı ərəfəsində Hermon dağının zirvəsindən açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahu bildirib ki, İsrail Hermon dağından Yarmuk çayına qədər olan əraziyə, eləcə də Aralıq dənizinə qədər uzanan bölgəyə tam nəzarət edir.

“Rosh Hashanah ərəfəsində biz burada, Hermon dağının zirvəsindəyik. Aşağıda Dəməşq, burada Livan, qarşı tərəfdə isə Colan yüksəklikləri yerləşir.

Biz Hermon dağından Yarmuka qədər, buradan Aralıq dənizinə qədər bütün əraziyə nəzarət edirik. Bu, misli görünməmiş tam nəzarətdir. Bu, əldə etdiyimiz böyük nailiyyətlərdən biridir”, – Netanyahu deyib.

İsrail hökumətinin başçısı əlavə edib ki, görüləsi işlər hələ də qalır.

“Əsas vəzifə İrandakı rejimi məğlub etməkdir. Biz buna çox yaxınıq. Bilirik ki, bütün ox sonda süqut edəcək. Bunu həyata keçirməyə sadiqik və bunu edəcəyik”, – Netanyahu vurğulayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki