Nepalın paytaxtı Katmandu istiqamətində hərəkət edən sərnişin avtobusu dağ yolundan çıxaraq qəzaya uğrayıb. Nəticədə 19 nəfər həlak olub, 25 nəfər yaralanıb.
İNFOAZ.MEDİA xəbər verir ki, hadisə Pokhara şəhərindən Katmanduya gedən avtobusun Prithvi şossesindən çıxaraq təxminən 80 kilometr qərbdə, Beniqhat yaxınlığında Trishuli çayı sahilinə yuvarlanması nəticəsində baş verib.
Lakin indiyədək yalnız doqquz nəfərin şəxsiyyəti müəyyən edilib.
Xilasedicilər qəzadan dərhal sonra hadisə yerinə çataraq yaralıları xəstəxanalara çatdırıblar.
Rauf
























