image-whatsapp-image-2026-02-22-at-17-45-12backend

Meksikada narkotik kartelinin lideri öldürüldü

Meksikada keçirilən xüsusi hərbi əməliyyat zamanı “Halisco New Generation” (CJNG) narkotik kartelinin liderlərindən biri Nemesio Oseguera Servantes öldürülüb.

İNFOAZ.MEDİA xəbər verir ki, əməliyyat Halisko ştatında baş tutub. Rəsmi qurumların müdaxiləsinə cavab olaraq kartel üzvləri magistral yolları bağlayıblar.

Xoakin “El Çapo” Qusmanın həbsindən sonra Servantes Meksikanın ən güclü narkotik liderlərindən biri sayılırdı. Onun rəhbərlik etdiyi kartel ölkənin bir çox ştatında fəaliyyət göstərir və narkotik ticarətinin böyük hissəsinə nəzarət edir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki