image-bandera_de_mexico_dia_de_la_24_de_febrero_1backend

Meksikada baş verən iğtişaşlar səbəbindən turistlər çətin vəziyyətdə

Meksikada baş verən iğtişaşlar fonunda turistlər ölkəni tərk etməkdə ciddi çətinliklərlə üzləşiblər.

İNFOAZ.MEDİA xəbər verir ki, kütləvi etirazlar və cinayətkar qrupların fəaliyyəti əsas yolların bağlanmasına, bir sıra uçuşların isə ləğv olunmasına səbəb olub.

Meksika Prezidenti Klaudiya Şeynbaum bəyan edib ki, hadisələr lokal xarakter daşıyır və ölkənin əksər hissəsində vəziyyət sabitdir. Buna baxmayaraq, xüsusilə kurort zonalarında və iri şəhərlərdə olan turistlər hava limanlarına vaxtında çata bilmədiklərini bildirirlər.

Təhlükəsizlik Nazirliyinin açıqlamasına görə, iğtişaşların ən gərgin vaxtında ölkə üzrə 252 qanunsuz yoxlama məntəqəsi qurulmuşdu. Onların 90 faizi artıq ləğv edilsə də, nəqliyyat sistemi hələ tam bərpa olunmayıb. Uçuşların təxirə salınması isə hava limanlarında sıxlığa səbəb olub.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki