ABŞ-nin dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanına qarşı husilərin hücumları ilə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Bir çox cəhətdən husilər iranlıların agentləri və proksiləridir. Hesab edirəm ki, bütün bunların arxasında açıq şəkildə İranın əli var”, – Rubio deyib.
O bildirib ki, ABŞ-nin Səudiyyə Ərəbistanı ilə çox güclü müdafiə və hərbi əlaqələri mövcuddur və Vaşinqton bölgədə baş verənləri diqqətlə izləyir.
Rubionun sözlərinə görə, Yəmən qüvvələri ilə husilər arasında quruda da döyüşlər gedir. O qeyd edib ki, Yəmən qüvvələri husilərin həyata keçirməyə çalışdığı bəzi quru əməliyyatlarına qarşı çıxır və onların irəliləyişinin qarşısını alır.
“Biz bu hadisələri çox, çox diqqətlə izləyirik”, – Rubio vurğulayıb.
Rauf
























