image-file-photo-mark-carney-governor-of-the-bank-of-england-boe-attends-a-news-conference-at-bank-of-england-in-londonbackend

Mark Karni: ABŞ tariflərlə bizi zəiflətmək istəyirdi, amma Kanada daha da gücləndi

Kanadanın Baş naziri Mark Karni ABŞ-nin tarixən tariflərdən Kanadanı təzyiq altında saxlamaq üçün istifadə etdiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, “Bu, amerikalıların bizi tariflər vasitəsilə parçalamağa çalışdığı ilk hal deyil. Prezident olmazdan əvvəl Uilyam MakKinli Ohayo ştatından konqresmen idi və ‘proteksionizmin Napoleonu’ kimi tanınırdı”, – Karni deyib.

O bildirib ki, MakKinli ABŞ-yə ixrac olunan Kanada məhsullarına 50 faizlik tarif tətbiq edib.

“Tanış səslənir? MakKinlinin 50 faizlik tarifi bizi ABŞ-dən asılı vəziyyətə salmaq və nəticədə Birləşmiş Ştatlar tərəfindən ilhaq edilməyə məcbur etmək məqsədi daşıyırdı”, – Kanada Baş naziri vurğulayıb.

Karni qeyd edib ki, nəticə tamamilə əksinə olub: “Kanada zəifləmək əvəzinə daha da gücləndi”.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki