Mark Karnibackend

Mark Karni: ABŞ-nin yeni tariflərinə dollarla dollar cavab veririk

Kanadanın Baş naziri Mark Karni ABŞ-nin tətbiq etdiyi yeni tariflərə qarşı Kanadanın da eyni həcmdə rüsumlar tətbiq etdiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, “ABŞ-nin yeni tariflərinə dollarla dollar öz tariflərimizlə cavab veririk. Mən münaqişənin daha da genişləndirilməsinin tərəfdarı deyiləm. Lakin tariflərimiz işçilərimizi, şirkətlərimizi və icmalarımızı qorumaq üçün zəruridir”, – Karni deyib.

O qeyd edib ki, ABŞ şirkətləri Kanadaya rüsumsuz mal ixrac etdiyi halda, Kanada şirkətlərinin ABŞ bazarına çıxışı üçün tarif ödəməsi qəbuledilməzdir.

“Amerika mallarının Kanadaya tarifsiz daxil olmasına, eyni zamanda onların bizim şirkətlərimizdən ABŞ-yə ixrac üçün ödəniş tələb etməsinə imkan verə bilmərik”, – Karni vurğulayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki