Rusiya xarici işlər naziri Sergey Lavrov Birinci Dünya müharibəsinə səbəb olan hadisəyə bənzər bir təxribatın yenidən təşkil edilə biləcəyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Birinci Dünya müharibəsinə gətirib çıxaran tətiyi işə salan hadisənin – Sarayevoda arxduke Frans Ferdinandın öldürülməsinə bənzər bir vəziyyətin təkrarlanması ehtimalı var”, – Lavrov deyib.
O, Avropada belə bir hadisənin təşkil edilə biləcəyini iddia edib:
“Avropalıların intriqalara və macəralara olan həvəsini nəzərə alsaq, buna bənzər bir şey və ya Reyxstaqın yandırılması kimi bir hadisə təşkil edilə bilər”.
Jalə
























