image-images-48backend

Laura Loomer: “Düşünürəm ki, Rusiya amerikalı influenserlərə pul ödəyir”

ABŞ-li sağçı siyasi fəal Laura Loomer Ukrayna Prezidenti Volodimir Zelenski ilə müsahibəsi zamanı Rusiyanın amerikalı influenserlərə maliyyə dəstəyi verdiyinə inandığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, “Şəxsən mən hesab edirəm ki, Rusiya amerikalı influenserlərə pul ödəyir. Bununla bağlı hər hansı sübut əldə etsəniz, xahiş edirəm mənə verin”, – deyə Loomer Zelenskiyə müraciət edib.

Zelenski isə qısa şəkildə, “Oldu”, – cavabını verib.

Loomer daha sonra əlavə edib ki, daha çox amerikalı Rusiyanın təbliğatının təsiri altına düşdüyünü etiraf etməlidir: “Düşünürəm ki, daha çox amerikalı Rusiya təbliğatı tərəfindən aldadıldığını qəbul etməlidir.”

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki