image-kiriakou-john-kiriakou-closeup-truthout-org_backend

Keçmiş CIA əməkdaşı: “Yunanıstanda İsraillə əməkdaşlıq 2027-ci il seçkilərində əsas məsələlərdən biri olacaq”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş əməkdaşı Con Kiriakou Yunanıstanın İsraillə əməkdaşlığı ilə bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Kiriakounun sözlərinə görə, Yunanıstan xalqı İsraillə biznes əlaqələri qurmaq istəmir, lakin hökumət bu əməkdaşlığı davam etdirir. O bildirib ki, bunun siyasi nəticələri ola bilər və məsələ 2027-ci ildə keçiriləcək parlament seçkilərində əsas mövzulardan birinə çevrilə bilər.

“Artıq məsələ yalnız iqtisadiyyatla bağlı deyil”, – Kiriakou qeyd edib.

Yunanıstan hökuməti növbəti parlament seçkilərinin 2027-ci ildə keçiriləcəyini dəfələrlə təsdiqləyib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki