Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Belarus prezidenti Aleksandr Lukaşenkonu Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək verməkdə ittiham edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Kallas bildirib ki, Lukaşenko rejimi Belarus ərazisini Rusiyanın müharibəsi üçün platformaya çevirib. Onun sözlərinə görə, rejim həmçinin Avropadakı qonşu ölkələr üçün təhlükə yaradır və qeyri-qanuni miqrasiyadan onlara qarşı siyasi vasitə kimi istifadə edir.
“Qaçaqmalçılıq tunellərinin mürəkkəbliyi onların təşkilatlanmış dəstəyə malik olduğunu göstərir. Minsk rəhbərliyinin bu fəaliyyətə yardım etdiyinə dair güclü göstəricilər var”, – deyə Kallas bildirib.
Rauf
























