Kaya Kallasbackend

Kaya Kallas: Bosniya və Herseqovina Aİ-yə üzvlük fürsətini qaçırmamalıdır

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Bosniya və Herseqovinanın gələcəyi Avropa İttifaqındadır.

İNFOAZ.MEDİA xəbər verir ki, Kallasın sözlərinə görə, ölkədə Avropa İttifaqına üzvlüyə dəstək 70 faizdən yüksəkdir və bu, cəmiyyəti birləşdirən əsas hədəflərdən biridir.

O qeyd edib ki, Monteneqro ilə üzvlük müqaviləsi hazırlanır, Albaniya danışıqlar fəsillərini açıb, Ukrayna və Moldova isə artıq Aİ-yə üzvlük danışıqlarına başlayıb. Kallas vurğulayıb ki, Bosniya və Herseqovina bu prosesdən geri qalmamalıdır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki