image-285israilinyenisavunmabakaniyisraelkatzkimdirkacyasindamesleginekariyeriwebp-1744607398814backend

Katz: Qəzzada yerüstü və yeraltı infrastruktur məhv edilib

İsrailin müdafiə naziri İsrail Katz Qəzzada aparılan əməliyyatlarla bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Katz bildirib ki, İsrail qüvvələri bölgəyə genişmiqyaslı hərbi güclə daxil olub, nəzarətə götürdükləri ərazilərdə qalaraq həm yeraltı, həm də yerüstü infrastrukturu dağıdıblar.

Onun sözlərinə görə, həmin ərazilər tamamilə dağıdılıb və bu addım təhlükəsizlik baxımından gələcək risklərin qarşısını almağa yönəlib.

“Biz Qəzzaya böyük güclə daxil olduq, həmin ərazilərdə qaldıq və həm yeraltı, həm də yerüstü infrastrukturu məhv etdik. Bu ərazilər tamamilə düzləndirilib. Təhlükəsizlik baxımından bu, gələcək təhdidləri aradan qaldırır və eyni zamanda çox güclü mesaj göndərir”, – deyə o bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki