image-5814247780543828222backend

İsrail ordusu xəbərdarlıq edib: İordan çayının qərb sahilində kütləvi hücum riski artır

İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmiləri ölkə rəhbərliyinə fələstinlilərə qarşı çoxsaylı insan tələfatı ilə nəticələnə biləcək məskunlaşmaçı hücumunun real riskə çevrildiyini bildiriblər.

İNFOAZ.MEDİA xəbər verir ki,  İsrail Mərkəzi Komandanlığının rəhbəri Avi Bluth Baş nazir Benyamin Netanyahuya məskunlaşmaçıların törətdiyi “yəhudi terrorunun” İordan çayının qərb sahilində genişmiqyaslı qarşıdurmaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

2026-cı ildə məskunlaşmaçıların hücumlarının hər ay yüzlərlə hadisə ilə qeydə alındığı, hücumlarda odlu silahlardan istifadənin artdığı və həbslərin isə demək olar ki, sıfıra yaxın olduğu bildirilir.

Məlumata görə, oktyabrda keçiriləcək seçkilər ərəfəsində ifrat sağçı məskunlaşmaçıları dəstəkləyən nazirlər İsrail hökumətində təmsil olunurlar.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki