ABŞ prezidenti Donald Tramp-ın siyasətinin Hindistanın qlobal güc olma ambisiyalarına mənfi təsir etdiyi iddia olunur.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp-ın Çinlə bağlı sərt xətt gözləntisinin əksinə, onun qeyri-sabit xarici siyasəti Hindistanın baş naziri Narendra Modi-nin ölkəni supergücə çevirmə planlarını çətinləşdirib.
İrandakı gərginlik Hindistana ciddi təsir göstərib. Ölkənin neft idxalından asılılığı və Hörmüz boğazı üzərindən daşınan enerji tədarükü səbəbilə artan qiymətlər iqtisadi artımı zəiflədir, inflyasiyanı yüksəldir və investisiya axınını azaldır.
Bundan əlavə, Modi Hindistanın iqtisadi artım proqnozunu 6% səviyyəsinə endirib ki, bu da Modi-nin 2047-ci ilədək inkişaf etmiş ölkə hədəfi üçün lazım olan 8%-dən aşağıdır.
Eyni zamanda, Tramp-ın Çin və Pakistanla yaxınlaşmasının Hindistan–ABŞ münasibətlərində gərginlik yaratdığı və Yeni Dehlinin diplomatik balansını çətinləşdirdiyi bildirilir.
Rauf























