Çin və Rusiya hərbi gəmilərinin İran yaxınlığındakı Hörmüz boğazında mövcudluğu Vaşinqtonun Tehrana qarşı mümkün hərbi əməliyyatına ciddi maneə yaratmayacaq.
İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin təqaüddə olan zabiti Tom Şuqartın sözlərinə görə, Rusiya və Çin gəmiləri hücum planlaşdırmasına müəyyən əlavə amillər daxil edə bilər. Lakin onların sayı və imkanları regiondakı ABŞ qüvvələri ilə müqayisə edilə bilməz. O qeyd edib ki, həmin gəmilərdəki avadanlıq nəzəri olaraq İrana mümkün hava hücumları barədə erkən xəbərdarlıq edə bilər.
ABŞ ordusunun istefada olan generalı Cozef Votel isə təlimləri Moskva və Pekinin İrana siyasi-hərbi dəstəyinin nümayişi kimi qiymətləndirib.
Təlimlər başa çatdıqdan və Rusiya ilə Çin gəmiləri ərazini tərk etdikdən sonra mümkün ABŞ əməliyyatı başlaya bilər.Bölgəyə yerləşdirilən hərbi texnikanın həcmi belə bir əməliyyata hazırlığın həftələrlə davam edə biləcəyini göstərir.
Jalə
























