image-5843853449676656749backend

İran yeraltında ballistik raket istehsalını bərpa edir – WSJ

İran ABŞ və İsrailin zərbələri nəticəsində raket istehsalı müəssisələrinin zədələnməsindən sonra ballistik raket istehsalını məhdud şəkildə bərpa edir.

İNFOAZ.MEDIA xəbər verir ki, “Wall Street Journal”ın məlumatına görə, Tehran hazırda ehtiyatda saxlanılan komponentlərdən istifadə etməklə raketləri yeraltı obyektlərdə yığır.

Bildirilir ki, istehsal həcmi müharibədən əvvəlki səviyyədən xeyli aşağıdır. Buna baxmayaraq, İran istifadəyə yararlı raket arsenalını qoruyub saxlayır və gələcək hücumlardan müdafiə olunmaq üçün yeni yeraltı obyektlər inşa edir.

Məlumata görə, dəniz blokadası yanacaq idxalını məhdudlaşdırdığı üçün İranın raket istehsalı imkanları da ciddi şəkildə məhdudlaşıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki