image-iran_2025-768x403backend

İran sanksiyalar fonunda kriptovalyuta və xarici valyuta məhdudiyyətlərini yumşaldır

İran ABŞ sanksiyaları və müharibə şəraitinin yaratdığı iqtisadi təzyiqlər fonunda ticarətin davam etdirilməsi üçün kriptovalyuta və xarici valyuta qaydalarını yumşaltmağa başlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, “Financial Times”ın yazdığına görə, İran hakimiyyəti şirkətlərə sərhədlərarası bəzi əməliyyatlarda Tether (USDT) və Bitcoin kimi kriptovalyutalardan istifadə etməyə imkan verir.

Bundan əlavə, ixracatçılara xaricdə əldə etdikləri gəlirlərdən istifadə ilə bağlı daha geniş imkanlar yaradılıb. İxrac gəlirlərinin ölkəyə qaytarılması və idxalın maliyyələşdirilməsi üçün alternativ kanallardan istifadəyə də daha çox çeviklik verilir.

Bu addımların əsas məqsədi beynəlxalq maliyyə sisteminə çıxışı məhdudlaşdırılan İranın ticarət dövriyyəsini qorumaq və sanksiyaların yaratdığı maliyyə maneələrini azaltmaqdır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki