image-0024b3ac-1440backend

IAEA İranda “Külüng dağı” ərazisində yeni aktivlik aşkarlayıb

Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) İranın ciddi mühafizə olunan “Külüng dağı” yeraltı kompleksində yeni fəaliyyət əlamətləri aşkarlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, IAEA-nın baş direktoru Rafael Qrossi bildirib ki, agentliyin müfəttişləri hələlik əraziyə daxil ola bilməyib və obyektlə bağlı məlumatlar əsasən peyk görüntülərinə əsaslanır. Agentliyin kompleksin daxilində hazırda nələrin baş verdiyinə dair hələlik sübutu yoxdur.

“Külüng dağı” Natanz nüvə obyektinin yaxınlığında yerləşən, dərin yeraltı tunel komplekslərinə malik möhkəmləndirilmiş ərazidir. Son peyk görüntülərində burada tikinti və digər fəaliyyətlərin artdığı müşahidə olunub.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki