image-husilerbackend

Husilər Səudiyyə qüvvələrinə dron hücumlarının görüntülərini yayımladı

Yəməndəki husilər bir neçə cəbhə xəttində Səudiyyə qüvvələrinə məxsus hərbi mövqelərə və nəqliyyat vasitələrinə dronlarla hücum etdiklərini göstərən görüntülər yayımlayıblar.

İNFOAZ.MEDİA xəbər verir ki, Husilərin açıqlamasına görə, hücumlarda “Rajum” tipli dronlardan istifadə olunub və Səudiyyə hərbçilərinin toplaşdığı ərazilər, eləcə də zirehli texnikalar hədəfə alınıb.

Yayılan kadrlarda dronların hədəflərə zərbə endirməsi və partlayışlar əks olunub. Həmin görüntülərin husilərin iddialarını əks etdirdiyini, zərbələrin nəticələrinin isə müstəqil şəkildə təsdiqlənmədiyini qeyd etmək lazımdır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki