image-novyy-proekt-1-768x403backend

Hövsanda içməli suyun verilməsi müvəqqəti dayandırılacaq

Hövsan kəndini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar ərazidə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Təmir-bərpa işlərinin 1 sentyabr günorta saatlarınadək başa çatdırılması nəzərdə tutulur. Bu müddət ərzində abonentlərin içməli su təminatında fasilə olacaq.

Qurum yaranmış müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki