Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin təmkinli və ləyaqətli mövqeyinin zəiflik kimi qiymətləndirilməməli olduğunu bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Bunu bir daha açıq və qəti şəkildə bəyan etmək istəyirəm: heç kim bizim ləyaqətli və təmkinli mövqeyimizi zəiflik kimi qəbul etməməli və bundan yanlış ümidlərə qapılmamalıdır”, – deyə Ərdoğan bildirib.
O qeyd edib ki, Türkiyə regionda ölkəsini mühasirəyə almağa yönəlmiş düşmən addımları kənardan izləməklə kifayətlənməyəcək.
Ərdoğan vurğulayıb ki, Türkiyə heç bir ölkəyə, cəmiyyətə, dinə və ya mədəniyyətə qarşı deyil.
“Lakin Türkiyə bunu kimin törətməsindən asılı olmayaraq hər cür qanunsuzluğa, ədalətsizliyə, zülmə və quldurluğa qarşıdır və bundan sonra da belə olacaq”, – deyə Türkiyə Prezidenti bildirib.
Rauf
























