Ərdoğanbackend

Ərdoğan: Türkiyə ilə dost olanlar qazanacaq, düşmənçilik edənlər isə uduzacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin heç kimə qarşı düşmənçilik bəsləmədiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, “Biz heç kimə qarşı düşmənçilik etmirik. Əksinə, yerləşdiyimiz çətin coğrafiyada müstəqil, sabit və firavan dövlət kimi yolumuza davam etmək istəyirik”, – deyə Ərdoğan bildirib.

O vurğulayıb ki, Türkiyənin bu yolunun qarşısının alınmasına heç vaxt imkan verilməyəcək. Ərdoğan ölkəsinin güclənməsindən və regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səylərindən narahat olan qüvvələrin Türkiyəni öz yolundan döndərə bilməyəcəyini qeyd edib.

“Əmin olun, heç kimin tarixin gedişatını dəyişdirməyə gücü çatmaz. Türkiyə dostları ilə əl-ələ verəcək, qohumlarını bağrına basacaq və qardaşları ilə yenidən bir araya gələcək”, – deyə Türkiyə Prezidenti bildirib.

Ərdoğan əlavə edib: “Türkiyə ilə dost olanlar qazanacaq, düşmənçilik edənlər isə uduzacaq”.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki