image-erdogan-tokaevbackend

Ərdoğan Qazaxıstandakı seçkilərdən sonra Tokayevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı ikitərəfli münasibətlərin vəziyyətini və mövcud regional məsələləri müzakirə edib. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Söhbət zamanı Ərdoğan Tokayevi 23 avqustda keçirilən Qazaxıstan Qurultayına seçkilər münasibətilə təbrik edib.

Türkiyə lideri seçici fəallığının yüksək olduğunu qeyd edərək, bunu respublikada həyata keçirilən islahatlara ictimai dəstəyin sübutu kimi qiymətləndirib.

Ərdoğan həmçinin Ankaranın Qazaxıstanla münasibətlərin daha da gücləndirilməsi və inkişaf etdirilməsi üçün səyləri davam etdirməyə hazır olduğunu bildirib.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki