Ərdoğanbackend

Ərdoğan: Bölgəmizdəki böhranların səngiməsi üçün İsrailin radikal yanaşması dəyişməlidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranla bağlı açıqlamasında İsrailin bölgədəki siyasətini sərt tənqid edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Ərdoğanın sözlərinə görə, İsrailin təxribatları və “məkrli planları” ilə başlayan müharibənin bədəlini təkcə İran xalqı və Türkiyənin “qardaş Körfəz ölkələri” deyil, birbaşa münaqişəyə cəlb olunmayan digər tərəflər də ödəyir.

O bildirib ki, regiona müəyyən rahatlıq gətirən İslamabad razılaşmasının da İsrailin “yalanları və təxribatları” nəticəsində pozulduğu qənaətindədir.

“Özünə qarşı ən kiçik sülh ehtimalını belə təhdid kimi görən bu radikal düşüncə dəyişməyənə qədər bölgəmizdəki böhran fırtınası səngiməyəcək”, – deyə Ərdoğan bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki