Abbas Əraqçibackend

Əraqçi: İran ABŞ-ın təhdid və təzyiq siyasətinə boyun əyməyəcək

İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Tehran ABŞ-ın təhdid, təzyiq və güc dilinə tabe olmayacaq və öz prinsipial siyasətini davam etdirəcək.

İNFOAZ.MEDİA xəbər verir ki, Əraqçinin sözlərinə görə, İran ABŞ-ın təzyiq siyasətinə boyun əymədiyini nümayiş etdirib və bundan sonra da güc, təhdid və təzyiq dilinə cavab verməyəcək.

“Biz nə təhdidlərdən qorxuruq, nə də təzyiq qarşısında geri çəkilirik. Təhdid dilini qəbul etməyəcəyik”, – deyə o bildirib.

XİN rəhbəri vurğulayıb ki, İranın siyasəti prinsipialdır və bu xətt dəyişməyəcək.

O əlavə edib ki, İran xalqının müdafiəsi və Hörmüz boğazında ölkənin maraqlarının qorunması Tehranın əsas prinsipləri sırasındadır və bu istiqamətdə fəaliyyət davam etdirilir.

“İran xalqının qanuni məqsəd və tələbləri yerinə yetirilməyənə qədər öz yolumuzu davam etdirməyimiz təbiidir”, – deyə Abbas Əraqçi bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki