image-derede-sikisan-ayi-boyle-kurtarildi-c8kjbackend

Dərədə qayalıqlar arasında sıxışan ayı  xilas edildi

Türkiyədə yaşayış məntəqəsinə enən bozayı dərədə qayalıqlar arasında sıxışaraq köməksiz vəziyyətdə qalıb.

Hadisə rayonun yüksək ərazilərində qeydə alınıb. Yiyecek axtarışı üçün Köknar məhəlləsinə enən bozayının daha əvvəl yayla və məzra evlərinə girərək zərər verən ayılardan olduğu bildirilib.

Sakinlər yaşayış məntəqəsi yaxınlığında gördükləri ayının dərədə, qayalıqlar arasında sıxışdığını müəyyən ediblər. Ayının dik yamacdan yuvarlanaraq dərəyə düşdüyü ehtimal olunur.

Vətəndaşların məlumatı əsasında hadisə yerinə jandarma və Təbiəti Mühafizə və Milli Parklar əməkdaşları cəlb olunub. Xilasetmə zamanı suya girən sakinlər bayılmış vəziyyətdə olan ayını brezentin üzərinə yerləşdirərək sahilə çıxarıblar.

Daha sonra təhlükəsiz əraziyə götürülən bozayı aidiyyəti qurumların əməkdaşlarına təhvil verilib. Ayı tibbi müayinə, baxım və müalicə üçün Təbiəti Mühafizə və Milli Parklar Şöbə Müdirliyinə aparılıb.

Müalicəsi başa çatdıqdan sonra ayının yenidən təbii yaşayış mühitinə buraxılacağı bildirilib.

Ayının xilas edilməsi anları isə mobil telefon kamerası ilə lentə alınıb.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki