image-thumbs_b_c_72c4187616a12325694056dc9ce8cd7dbackend

Daha bir vəzifəli şəxs Epşteyn işi üzrə saxlanıldı

Britaniyanın ABŞ-dakı keçmiş səfiri Peter Mandelson Londonda saxlanılıb.

İNFOAZ.MEDİA xəbər verir ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və maliyyəçi Ceffri Epşteyn-ə məxfi hökumət məlumatları ötürməkdə şübhəli bilinir.

Hələlik rəsmi ittiham irəli sürülməyib və şübhəlinin adı açıqlanmır. O, dindirilmək üçün polis bölməsinə aparılıb.

Məlumata görə, Mandelsonun 2009-cu ildə Epşteynlə Leyborist hökumətinin vergi islahatları və maliyyə böhranı dövründə Aİ-nin Cənubi Avropa ölkələrinə dəstək planları barədə məlumat paylaşdığı ehtimal olunur. Polis daha əvvəl onun evlərində axtarış aparıb.

Rauf

Daha bir vəzifəli şəxs Epşteyn işi üzrə saxlanıldı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki