image-b5kuphrllvl5orhcbackend

Çində damlardan su dumanı püskürdən yaşayış kompleksi gündəm oldu

Çində yerləşən yaşayış komplekslərindən birində tətbiq edilən damüstü su dumanı sistemi sosial şəbəkələrdə geniş marağa səbəb olub.

İNFOAZ.MEDİA xəbər verir ki, bir neçə hündürmərtəbəli binanın damında quraşdırılmış xüsusi püskürtmə qurğuları eyni vaxtda xırda su damcıları şəklində duman yaradır. Nəticədə binaların ətrafı və həyətlər qalın su dumanı ilə örtülür.

Sistem cəmi bir neçə dəqiqə ərzində ərazidə havanın temperaturunu 5–8 dərəcə Selsi aşağı sala bilir.

Qeyd olunur ki, bu texnologiya xüsusilə yay aylarında ekstremal istilərin təsirini azaltmaq və yaşayış mühitini daha komfortlu etmək məqsədilə tətbiq edilir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki