image-g5-8o8ubackend

Cənubi Koreya Hörmüz boğazına hərbi qüvvə göndərməyə hazırlaşır – İDDİA

ABŞ və İran arasında davam edən hərbi gərginlik strateji əhəmiyyət daşıyan Hörmüz boğazında təhlükəsizlik narahatlıqlarını daha da artırıb.

Cənubi Koreya mətbuatında yayılan məlumatlara görə, Seul hökuməti beynəlxalq gəmiçilik üçün boğazda naviqasiya təhlükəsizliyinin təmin olunmasına dəstək məqsədilə bölgəyə hərbi resurslar göndərməyə hazırlaşır. Məlumatlarda mümkün missiyanın 2026-cı ilin sonuna qədər həyata keçirilməsinin nəzərdən keçirildiyi bildirilir.

Cənubi Koreyanın “SBS” telekanalının məlumatına əsasən, mümkün kontingentə dəniz patrul təyyarəsi, partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə qrup və hərbi-logistika dəstək gəmisi daxil ola bilər. Bu addım reallaşacağı təqdirdə, Seulun Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinə daha fəal şəkildə cəlb olunması demək olacaq.

Məlumatlara görə, Seul bununla bağlı ABŞ, Böyük Britaniya və Fransa ilə mümkün əməkdaşlığın miqyasını və xarakterini də müzakirə edir. Hərbi qüvvələrin xaricdə yerləşdirilməsi üçün isə Cənubi Koreya parlamentinin razılığı tələb olunur.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki