image-burcu_ozberk_a1backend

Burcu Özberkin iş adamı sevgilisi onun üçün 5 milyon kirayə pulu ödədi

Türkiyəli aktrisa Burcu Özberkin şəxsi həyatı ilə bağlı yeni iddia gündəmə gəlib.

34 yaşlı aktrisanın iş adamı Mustafa Yiğit Zerenlə münasibətdə olduğu bildirilir.

İddialara görə, Mustafa Yiğit Zeren sevgilisi Burcu Özberk üçün İstanbulun Bebek ərazisində lüks mənzil kirayələyib. Evin aylıq kirayə haqqının 400 min Türkiyə lirəsi olduğu qeyd edilir.

Məlumata əsasən, iş adamı mənzilin təxminən 5 milyon Türkiyə lirəsi təşkil edən kirayə ödənişini əvvəlcədən edib.

Sözügedən iddia sosial mediada da maraq doğurub.// milli.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki