Bu gün göy cisimlərinin hərəkəti xüsusilə emosional balans, qərarvermə və ünsiyyət sahələrinə təsir edir.
Merkuri retrosu təsiri hələ də hiss olunduğundan bəzi bürclər üçün diqqətli olmaq tövsiyə edilir.
Qoç – Enerjiniz yüksəkdir, lakin tələskən qərarlar sizi çətin vəziyyətə sala bilər. İşdə diqqətli olun.
Buğa – Maddi məsələlər ön plana çıxır. Gözlənilməz xərclər mümkündür, büdcənizi qorumağa çalışın.
Əkizlər – Ünsiyyət bacarıqlarınız bu gün sizi önə çıxaracaq. Yeni tanışlıqlar faydalı ola bilər.
Xərçəng – Daxili hissləriniz güclənir. Ailə ilə bağlı qərarlar üçün uyğun gündür.
Şir – Liderlik qabiliyyətiniz diqqət çəkir. İş həyatında yeni imkanlar yarana bilər.
Qız – Detallara diqqətiniz sayəsində uğur qazanacaqsınız. Səhhətinizə fikir verin.
Tərəzi – Münasibətlərdə balans qorumaq vacibdir. Köhnə mövzular yenidən gündəmə gələ bilər.
Əqrəb – Gizli məsələlər üzə çıxa bilər. Duyğularınızı nəzarətdə saxlamaq önəmlidir.
Oxatan – Səyahət və yeni planlar üçün əlverişli gündür. Risklərə qarşı ehtiyatlı olun.
Oğlaq – Karyera ilə bağlı önəmli qərarlar verə bilərsiniz. Səbrli olmaq uğur gətirəcək.
Dolça – Yaradıcılığınız zirvədədir. Yeni ideyalar sizi fərqləndirəcək.
Balıqlar – Emosional dalğalanmalar mümkündür. Dincəlmək və özünüzə vaxt ayırmaq faydalıdır.
Günün mesajı: Səbirli olun, ünsiyyətdə aydınlıq yaradın və qərar verməzdən əvvəl iki dəfə düşünün.
Jalə
























