həbsbackend

Britaniya səfirliyinin mühafizəçisi Moskvada dövlətə xəyanətdə ittiham olunaraq həbs edilib

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvadakı Britaniya səfirliyində mühafizəçi işləyən 45 yaşlı Rusiya vətəndaşını saxlayıb. O, dövlətə xəyanətdə ittiham olunur.

İNFOAZ.MEDİA xəbər verir ki, FSB-nin iddiasına görə, mühafizəçi Britaniya diplomatlarının hərəkətləri, istifadə etdikləri avtomobillər, yaşayış yerləri və səfirliyin təhlükəsizlik sistemi barədə məlumatları Ukrayna ilə əlaqəli şəxslərə ötürüb.

Rusiya tərəfi bildirir ki, toplanan məlumatlardan Britaniya diplomatlarına qarşı hücum hazırlanması və daha sonra bunun Rusiyanın üzərinə atılması planında istifadə olunması nəzərdə tutulub. FSB bu iddiaları açıqlasa da, ictimaiyyətə müstəqil sübut təqdim edilməyib.

Məlumata görə, saxlanılan şəxs 2017-ci ildən səfirliyin təhlükəsizliyinin təmin olunmasında çalışıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki