image-neft_esas_-768x403backend

Brent nefti 97 dollara yüksələrək 6 həftənin maksimumuna çatdı

Brent markalı xam neftin qiyməti bu gün 97,29 dollara yüksələrək son 6 həftənin ən yüksək səviyyəsinə çatıb. Artım ABŞ və İran arasında iyul ayından bəri ən ciddi hərbi qarşıdurmanın baş verməsi fonunda qeydə alınıb.

İNFOAZ.MEDİA xəbər verir ki, İsrailin İranın enerji infrastrukturuna zərbə endirmə təhdidləri, ABŞ-ın neft ehtiyatlarının azalması və emal olunmuş neft məhsulları bazarında təklifin məhdudlaşması qiymətlərə əlavə təzyiq göstərib.

Brent nefti aprel ayında 126 dollardan yuxarı qalxmış, gərginliyin azaldığı dövrlərdə isə 70–80 dollar aralığına geriləmişdi.

Neft qiymətlərinin bahalaşması qlobal inflyasiya ilə bağlı narahatlıqları artırır, istiqraz gəlirliliklərini yüksəldir və Federal Ehtiyat Sistemi, Avropa Mərkəzi Bankı və İngiltərə Bankının faiz dərəcələrini artıracağı ilə bağlı gözləntiləri gücləndirir.

Analitiklər xəbərdarlıq edirlər ki, Hörmüz boğazında məhdudiyyətlər davam edərsə, Brent neftinin qiyməti 120 dollara qədər yüksələ bilər.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki