image-8514a33be62c66a234039bd2cc490e11backend

Braziliyada şiddətli yağışlar 14 nəfərin ölümünə səbəb oldu

Braziliyanın cənub-şərqində yerləşən Juiz de Fora şəhərində yağan güclü leysan yağışları nəticəsində azı 14 nəfər həyatını itirib.

İNFOAZ.MEDİA xəbər verir ki, məlumata əsasən, təbii fəlakət səbəbindən 440 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

Şəhər rəhbərliyi yaranmış vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan edildiyini bildirib. Güclü yağış və daşqınların fəsadlarının aradan qaldırılması üçün  xilasetmə qurumları bölgəyə cəlb olunub.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki