ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinken Çinin Vaşinqton üçün həm ən mühüm, həm də ən mürəkkəb tərəfdaşlardan biri olduğunu bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Blinkenin sözlərinə görə, ABŞ-Çin münasibətlərində həm rəqabət, həm əməkdaşlıq elementləri mövcuddur və əsas məqsəd tərəflər arasında qarşıdurmanın qarşısını almaqdır.
“Onlar bizdən daha böyükdür. Bazarları daha genişdir, istehsal gücləri bizimkindən üç dəfə çoxdur. Daha çox gəmiləri var, daha çox elmi məqalə və patent təqdim edirlər”, – deyə Blinken vurğulayıb.
O əlavə edib ki, ABŞ nə qədər güclü və qüdrətli olsa da, Çin kimi rəqiblə təkbaşına mübarizə aparmaq çətin ola bilər.
Rauf
























