İNFOAZ.MEDİA redaksiyasına daxil olan məlumata görə, Binəqədi qəsəbəsində 182 nömrəli məktəbin yaxınlığında yerləşən parkdakı sürüşkən uzun müddətdir yararsız vəziyyətdədir. Sakinlərin sözlərinə görə , Binəqədi mərkəzində uşaqların istirahəti üçün nəzərdə tutulan azsaylı parklardan biri məhz bu parkdır. Buna baxmayaraq, yararsız vəziyyətdə avadanlıq hələ də təmir edilməyib.
Şikayətçilər bildirirlər ki, sürüşkənin bu vəziyyətdə qalması xüsusilə azyaşlı uşaqlar üçün təhlükə yaradır və hər an xoşagəlməz hadisəyə səbəb ola bilər.
Sakinlər aidiyyəti qurumlardan problemin qısa müddətdə aradan qaldırılmasını, sürüşkənin təmir edilərək təhlükəsiz istifadəyə verilməsini xahiş edirlər.
Rauf
Посмотреть эту публикацию в Instagram
























