İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkə həbsxanalarında saxlanılan fələstinli məhbuslarla bağlı sərt açıqlamalar verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Ben-Qvir bildirib ki, vəzifəyə gəldikdən sonra həbsxanalarda məhbuslara təqdim olunan bir sıra imkanlar ləğv edilib.
“Onlar məndən istəyirdilər ki, terrorçulara sendviç paylayım və İsrailin necə gözəl ölkə olduğunu deyim. Mən belə adam deyiləm”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, həbsxanalarda məhbuslar üçün təqdim olunan mürəbbə, şokolad, quzu əti, stolüstü tennis avadanlıqları, televizor və radio kimi imkanlar aradan qaldırılıb.
Ben-Qvir əlavə edib ki, əvvəllər məhbuslar həbsxanadan kök vəziyyətdə çıxırdılar, indi isə “kök daxil olub arıq çıxırlar”.
“Terrorda ittiham olunan şəxslər həbsxanadan məhz belə çıxmalıdırlar”, – deyə İsrailin milli təhlükəsizlik naziri vurğulayıb.
Jalə
























