image-imtahan_2025-768x403backend

Bakıda imtahan balı ailəni bir-birinə qatdı

Bakıda qayınata ilə gəlini arasında baş verən mübahisə xəsarətlə nəticələnib.

Hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.

İddialara əsasən, 65 yaşlı kişi 9-cu sinif buraxılış imtahanında 130 bal toplayan nəvəsinə irad bildirib. Bu zaman gəlini ilə aralarında mübahisə yaranıb. Əsəbiləşən qayınata əlindəki stəkanı qadına atıb və o, üz nahiyəsindən xəsarət alıb.

Hadisə ilə bağlı cinayət işi açılsa da, tərəflər barışdığı və zərərçəkənin şikayətçi olmadığı üçün məhkəmə cinayət təqibinə xitam verərək təqsirləndirilən şəxsi məsuliyyətdən azad olunub.// Milliaz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki