image-untitled-1backend

Azərbaycanda ilk ödənişsiz heyvan bağçası – “Ali’s friends”

Bir ananın sevgisi və mərhəməti bu gün cəmiyyətə xidmət edən unikal bir sosial layihəyə çevrilib.

İNFOAZ.MEDİA xəbər verir ki, doğuşdan ağır xəstəliklə mübarizə aparan övladına həyatını həsr edən ana uzun sürən müalicələrə baxmayaraq oğlunu itirdikdən sonra yaşadığı ağrını işığa və sevgiyə çevirməyi qərar verir.

Oğlu Əlinin mərhəməti və heyvanlara olan dərin sevgisindən ilhamlanan Çəmən Qəmbərova, onun adını və ruhunu yaşatmaq məqsədilə Azərbaycanda ilk heyvan bağçası olan “Ali’s Friends” (Əlinin Dostları) layihəsini yaradıb.

Layihə artıq iki ildir ki, tamamilə pulsuz və təmənnasız fəaliyyət göstərir,xüsusilə itlər üçün nəzərdə tutulub,onlara sevgi,qayğı və təhlükəsiz mühit təqdim edir.

Bu sosial təşəbbüs bir ananın ağır itkidən sonra mərhəmət, sonsuz sevgi və mətinliklə qurduğu insanlıq nümunəsidir.

Instagram: @alis_friends__

 

image-d0188a2d-555b-411a-8083-cc136c5fcc39 image-debf368c-b408-4a3b-8803-3a1e2cf4f549 image-567fa9dc-9560-4b7d-a749-ea61af93cf50 image-2c52318d-3b6b-4e97-a110-1c0056526b3b image-untitled-1 image-5eefe80d-eca4-4f8b-bf4f-bee4e2798c8c


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki